Günay Əfəndiyeva ikinci Dünya Köçəri Oyunlarının açılış mərasimdə iştirak etdi

Xəbərlər

Günay Əfəndiyeva ikinci Dünya Köçəri Oyunlarının açılış mərasimdə iştirak etdi

03 sentyabr 2016 14:10
Tədbir “Rux-Ordo” mədəniyyət mərkəzində Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev tərəfindən qonaqların şərəfinə verilmiş ziyafət ilə başlamış, daha sonra Oyunların keçirildiyi Baktuu-Dolonotu qəsəbəsində yerləşən ippodromda açılış mərasimi ilə davam etmişdir. Açılış mərasimində Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev, Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Moldova Respublikası İcraçı Komitəsinin və Qaqauz Yerinin (Qaqauziyanın) başqanı İrina Vlah iştirak etmişdir. Bununla yanaşı, tədbirə bir çox dövlətdən, eləcə də beynəlxalq təşkilatlardan rəsmi nümayəndə heyətləri qatılmışlar. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilmiş İkinci Dünya Köçəri Oyunlarının açılış mərasimdə iştirak etmişdir. Dünya Köçəri Oyunları qədim idman növləri, o cümlədən at çapma, oxatma, ənənəvi intellektual oyunlar, milli ov növləri üzrə yarışlar daxil edilib. Bundan başqa, yarışlar zamanı köçəri mədəniyyəti nümayiş etdirilib.    
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur