TDƏŞ himayəsində TÜRKPA, TÜRKSOY, Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun 3-cü koordinasiya iclası keçirildi

Xəbərlər

TDƏŞ himayəsində TÜRKPA, TÜRKSOY, Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun 3-cü koordinasiya iclası keçirildi

03 oktyabr 2016 19:05

Oktyabrın 3-də Ankarada TDƏŞ, TÜRKPA, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun 3-cü koordinasiya toplantısı təşkil olunmuşdur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının himayəsi altında TÜRKSOY-un mənzil-qərargahında təşkil edilən toplantı TDƏŞ-in baş katibi Ramil Həsənovun sədrliyi ilə keçmişdir. Tədbirdə adı çəkilən qurumların rəhbərlərinin ötən dövr ərzində görülən işlərlə bağlı hesabatları dinlənilmişdir. Toplantıda türk dünyasının subyektləri arasındakı birliyin möhkəmlənməsi, türkdilli dövlətlərlə yanaşı, başqa ölkələrin tərkibində olan azsaylı türk xalqları ilə əlaqələrin dərinləşdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılmışdır. İclasda TDƏŞ, TürkPA, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq mexanizminin təsis edilməsinin üsulları haqqında fikir mübadiləsi aparılmış, 2016-2017-ci illər Ortaq Fəaliyyət Planının hazırlanması və digər məsələlər müzakirə edilmişdir.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur