Ankarada “Molla Pənah Vaqif ili” anma mərasimi keçirildi

Xəbərlər

Ankarada “Molla Pənah Vaqif ili” anma mərasimi keçirildi

02 mart 2017 07:49
Martın 2-də Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şairi, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyilə əlaqədar 2017-ci ilin “Molla Pənah Vaqif İli” elan edilməsi münasibətilə anma mərasimi təşkil edilmişdir. TÜRKSOY-un, Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə TÜRKSOY-un qərargahında keçirilən mərasimdə M.P.Vaqifin poeziya yaradıcılığı, onun diplomatik səyləri, dövlət işlərindəki uğurları və digər məqamlardan bəhs olunmuşdur.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur