"Astana Arkau” Ənənəvi Türk Musiqisi Festivalı keçirildi

Xəbərlər

"Astana Arkau” Ənənəvi Türk Musiqisi Festivalı keçirildi

03 iyul 2017 11:42
Astana Milli Opera və Balet Teatrında “Astana Arkau” Ənənəvi Türk Musiqisi Festivalı keçirilmişdir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə türk dünyasının inteqrasiyası konsepsiyasının reallaşdırılması çərçivəsində keçirilən ənənəvi festivalda türkdilli xalqların musiqi xadimləri təmsil olunmuşlar. “Astana Arkau”da iştirakçıların ifa etdikləri musiqi əsərləri həmin xalqların adətlərində və müxtəlif milli ayinlərində istifadə olunur. Azərbaycanın Qazaxıstandakı səfiriliyinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə festivalda Azərbaycanlı musiqiçilər kamança, nağara, davul, tar və udda ifa ediblər.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur