Brasilia 2017—Beynəlxalq Filateliya Sərgisi təşkil olundu

Xəbərlər

Brasilia 2017—Beynəlxalq Filateliya Sərgisi təşkil olundu

24 oktyabr 2017 12:10
Oktyabrın 24-də Braziliya şəhərində Braziliya Poçt və Teleqraf Şirkətinin (Empresa Brasileira de Correios e Telégrafos) təşkilatçılığı ilə beynəlxalq filateliya sərgisinin açılış mərasimi olmuşdur. Sərgidə Azərbaycan, Qazaxıstan və Türkiyəyə aid poçt markalarından ibarət guşə yaradılmışdır. Guşə Azərbaycanın Braziliyadakı Səfirliyinin təşəbbüsü və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə təşkil olunmuşdur. Sərgi iştirakçılarına Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən markalar təqdim edilmişdir. İştirakçılara Azərbaycan, Qazaxıstan və Türkiyənin zəngin filatelist ənənələri ilə yanaşı, bu ölkələrin mədəniyyəti, tarixi, irsi haqqında məlumat verilmişdir. Sərgi çərçivəsində Azərbaycan və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna aid müxtəlif məlumatlar yayımlanmışdır.    
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur