Günay Əfəndiyeva Batumi şəhərinin meri Giorgi Ermakov arasında görüşdü

Xəbərlər

Günay Əfəndiyeva Batumi şəhərinin meri Giorgi Ermakov arasında görüşdü

01 iyun 2017 10:53
Gürcüstanda işgüzar səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Batumi şəhərinin meri Giorgi Ermakov ilə görüşmüşdür. G.Əfəndiyeva G.Ermakova Fondun məqsədləri, fəaliyyət istiqamətləri və həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir. Görüş zamanı tarix boyu türkdilli və gürcü xalqlarının birgə yaşamasına, oxşar mədəni dəyər və ənənələrə malik olmasına dair fikir mübadiləsi aparılmış, mədəni irsin qorunması və təbliği üzrə bir sıra məsələlər müzakirə edilmişdir.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur