Günay Əfəndiyeva ilə BAMF-ın prezidentinin görüşü baş tutdu

Xəbərlər

Günay Əfəndiyeva ilə BAMF-ın prezidentinin görüşü baş tutdu

08 iyun 2017 13:31
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisini ziyarət etmişdir. BAMF-ın  prezidenti Umud Mirzəyevlə görüşən Günay Əfəndiyeva Fondun həyata keçirdiyi işlər barədə ətraflı məlumat vermişdir. Fondun fəaliyyətinin əhəmiyyətini yüksək qiymətləndirən Umud Mirzəyev BAMF – ın həyata keçirdiyi çox saylı layihələr barədə məlumat vermişdir. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmışlar.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur