Günay Əfəndiyeva Qırğızıstan təhsil naziri Qulmira Kudayberdiyeva ilə görüşdü

Xəbərlər

Günay Əfəndiyeva Qırğızıstan təhsil naziri Qulmira Kudayberdiyeva ilə görüşdü

10 iyun 2017 11:22
Görüşdə G.Əfəndiyeva Fondun türkdilli xalqların tarixi-mədənin irsinin qorunması və təşviqinə dair fəaliyyətindən söz açmış, Fondun üzv ölkəsi olan Qırğızıstan ilə əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd etmişdir. Q.Kudayberdiyeva Fondun fəaliyyətini bütövlükdə Türk dünyasının birliyi naminə töhfə kimi dəyərləndirmiş, gələcək layihələrinə dəstəyini bildirmişdir. Görüş zamanı Qırğızıstandakı universitetlər ilə əməkdaşlığın genişləndirilməsi, eləcə də orada təhsil alan Türk dünyası ilə bağlı araşdırmalar aparmış tələbələrə təqaüdlərin ayrılması məsələləri müzakirə edilmişdir.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur