Günay Əfəndiyeva Tbilisi şəhərindəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru ilə görüşdü

Xəbərlər

Günay Əfəndiyeva Tbilisi şəhərindəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru ilə görüşdü

01 iyun 2017 10:56
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Tiflis şəhərində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət etmişdir. Muzeyin direktoru Leyla Əliyeva M.F.Axundovun Tbilisidəki xatirə muzeyinə Gürcüstan Respublikası tərəfindən M.F Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusunun verildiyini, muzeyin Azərbaycan Respublikasının tam dəstəyi ilə əsaslı şəkildə təmir olunduğunu bildirmişdir. Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən muzeyin gələcək layihələrinə dəstək veriləcəyi bildirilmişdir  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur