İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar UNESCO-nun baş qərargahında tədbir keçirildi

Xəbərlər

İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar UNESCO-nun baş qərargahında tədbir keçirildi

18 may 2017 09:55
Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın UNESCO-ya üzv olmasının 25 illik yubileyinin qeyd edilməsi çərçivəsində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edilmişdir. Qeyd olunmuşdur ki, şair-mütəfəkkirin ideya və fəlsəfi fikirləri insanların ortaq dəyərlər ətrafında birləşməsini və sülhü təşviq edir. Tədbirin bədii hissəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadənin Nəsiminin xatirəsinə bəstələdiyi balet konserti nümayiş olunmuşdur  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur