“İslam həmrəyliyi - zamanın çağırışı” mövzusunda beynəlxalq konfrans keçirildi

Xəbərlər

“İslam həmrəyliyi - zamanın çağırışı” mövzusunda beynəlxalq konfrans keçirildi

15 mart 2017 09:07
Martın 15-də Bakıda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda İslamın təlqin etdiyi birlik, ədalət, əxlaqi dəyərlər haqqında məruzələr dinlənilmişdir. Konfransda Beynəlxalq Türk mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva məruzə ilə çıxış etmişdir. Öz çıxışında Günay Əfəndiyeva  dünyada dini, irqi, etnik, milli zəminlərdə münaqişələrin və mövcud radikal meyillərin multikulturalizmə, müxtəlif dinlərə və mədəniyyətlərə etiqad edən insanların tolerant və dinc yaşamaq prinsipinə qarşı təhdidə çevrilldiyini vurğulamışdır. Tədbirdə Azərbaycanda dini-mənəvi irsin elmlə dinin vəhdəti zəminində inkişaf etdiyi diqqətə çatdırılmışdır.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur