Türk və Latın Amerikası mədəniyyəti, tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma" mövzusunda konfrans keçirildi

Xəbərlər

Türk və Latın Amerikası mədəniyyəti, tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma" mövzusunda konfrans keçirildi

23 oktyabr 2017 12:04
Oktyabrın 23-də Braziliyada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY-un dəstəyi, Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı səfirliklərinin, Braziliya Federativ Respublikasının Milli Konqresinin Federal Senatının təşkilatçılığı ilə "Türk və Latın Amerikası mədəniyyəti, tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma" mövzusunda konfrans keçirilmişdir. Konfransda Latın Amerikası və türk mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlıqdan söz açılmışdır. Konfransın bədii hissəsində Azərbaycan, Türkiyə və Qazaxıstan musiqiçilərinin ifasında geniş konsert proqramı təqdim olunmuşdur. Konfrans çərçivəsində Parlamentin sərgi zalında “Braziliyada türk irsi” mövzusunda fotosərgi açılmışdır. Konfrans çərçivəsində Parlamentin sərgi zalında təşkil olunmuş “Braziliyada türk irsi” mövzusunda fotosərgi ziyarətçilər tərəfindən maraqla qarşılanmışdır.    
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur