Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının “Gənc diplomatların dördüncü təlim proqramı” keçirildi

Xəbərlər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının “Gənc diplomatların dördüncü təlim proqramı” keçirildi

11 iyul 2017 11:46
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bişkek şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) “Gənc diplomatların dördüncü təlim proqramı”nda mühazirə ilə çıxış etmişdir. Fondun prezidenti mühazirədə türk dünyasına xas ortaq mədəni irsi, türkdilli xalqların ümumi ənənə və dəyərləri, türk dünyasının dahi şəxsiyyətləri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv dövlətləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin UNESCO-nun Dünya İrsi Siyahısına və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş nümunələri haqqında ətraflı məlumat vermişdir. Təlim proqramında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən, eləcə də Macarıstandan olan gənc diplomatlar iştirak etmişlər.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur