Xurşidbanu Natəvana həsr olunmuş tədbir keçirildi

Xəbərlər

Xurşidbanu Natəvana həsr olunmuş tədbir keçirildi

03 fevral 2017 09:04
Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Sirlər xəzinəsi” ədəbi-bədii musiqili layihəsi çərçivəsində  Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilən gecə keçirilmişdir. Tədbir iştirakçıları Xurşidbanu Natəvanın Azərbaycan ədəbiyyatında və ictimai həyatdakı yeri barədə söz açmışlar. Proqramda şairin qəzəlləri və muğamlar səsləndirilib. Tədbirdə bir sıra dövlət xadimləri, beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva iştirak etmişlər.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur