Günay Əfəndiyeva Bakı İdman Sarayında birinci Türk Şurası Universitet İdman Oyunlarının açılış mərasimində iştirak etdi

Xəbərlər

Günay Əfəndiyeva Bakı İdman Sarayında birinci Türk Şurası Universitet İdman Oyunlarının açılış mərasimində iştirak etdi

06 aprel 2018 11:12
Türk dünyasının birliyindən danışan gənclər və idman naziri Azad Rəhimov türkdilli ölkələrin beynəlxalq arenada həmişə biri-birilərinə dəstək olduqlarını vurğulayıb. Diqqətə çatdırıb ki, biz eyni dilə, eyni dinə malik xalqlarıq. Ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir. Prezident İlham Əliyev türkdilli ölkələrlə əməkdaşlığı həmişə diqqət mərkəzində saxlayır. Dostluğun və qardaşlığın nəticəsində XXI əsr türk dövlətləri əsri olmalıdır. “Diplomatik əlaqələrlə yanaşı, idman sahəsində də sıx əməkdaşlıq mövcuddur. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz irimiqyaslı idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edirlər. Türkdilli ölkələr arasında idman sahəsində təcrübə mübadiləsinin aparılması vacib məsələlərdəndir”, - deyə nazir əlavə edib. Türk Şurasının baş katibi Ramil Həsənov yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qeyd edib ki, birinci Türk Universiadasının Azərbaycanda təşkil olun-ması çox sevindirici haldır. Universiada növbəti illərdə də təşkil olunacaq və iştirakçıların sayı artacaq. İdman dostluğu tərənnüm edir. Bu yarış yeni dostluqların yaranmasına imkan verəcək.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur