Günay Əfəndiyeva Beynəlxalq Türk Akademiyasının prezident ilə görüşdü

Xəbərlər

Günay Əfəndiyeva Beynəlxalq Türk Akademiyasının prezident ilə görüşdü

16 mart 2018 09:40
16 mart 2018-ci iltarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva 6-cı Qlobal Bakı Forumu ilə əlaqədar Bakıda səfərdə olan Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali ilə görüşmüşdür. Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti G.Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olumasıyla əlaqədar D.Kıdıralini təbrik edmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır. Eyni zamanda, G.Əfəndiyeva Astanaya səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə keçirdikləri son görüşü məmnuniyyətlə xatırlayaraq iki qardaş qurumun birgə əməkdaşlığının əhəmiyyətindən danışmışdır. Astanaya səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə keçirdikləri son görüşü məmnuniyyətlə xatırlayaraq iki qardaş qurumun birgə əməkdaşlığının əhəmiyyətindən danışmışdır. Eyni zamanda, G.Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olumasıyla əlaqədar D.Kıdıralini təbrik edmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır. D.Kıdırali öz növbəsində həm Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, həm Beynəlxlaq Türk Akademiyasının ortaq fəaliyyətinin bu qədim mirasın araşdırılması və dünyada tanıdılmasında böyük tövhə verəcəyini qeyd etmiş, Fond ilə uğurlu əməkdaşlığa dair inamını bildirmişdir. Görüş zamanı əməkdaşlıq çərçivəsində Türk dünyası ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilmiş, ətraflı fikir mübadiləsi aparılmışdır.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur