Günay Əfəndiyeva ilə Türkiyə Respublikasının Qazaxıstandakı Səfiri arasında görüş keçirildi

Xəbərlər

Günay Əfəndiyeva ilə Türkiyə Respublikasının Qazaxıstandakı Səfiri arasında görüş keçirildi

22 fevral 2018 19:16
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türki-yənin Qazaxıstandakı səfiri Nevzat Uyanık ilə də görüşüb. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri haqqında məlumat verərək bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas məqsədi türk dünyasının sahib olduğu mədəni irsi araşdırmaq, qorumaq, dünyada tanıtmaq və gələcək nəsillərə ötürməkdir. G.Əfəndiyeva türkdilli xalqların dünya tarixində və mədəniyyətində əhəmiyyətli rol oynadığını, türkdilli dövlətlərin və xalqların ümumi tarixi köklərə, ortaq zəngin irsə, dilə, incəsənətə, ədəbiyyata, adət-ənənələrə, milli mənəvi dəyərlərə malik olduğunu qeyd edib. Səfir Nevzat Uyanık Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqinə dair fəaliyyətindən söz açıb, əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Səfir ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə böyük töhfələr verdiyini, türkdilli xalqların dahi şəxsiyyətlərinin - mütəfəkkirlərinin, yazıçılarının, şairlərinin, alimlərinin bəşəri nailiyyətlər qazandıqlarını bildirib. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gənc bir təşkilat olduğunu söyləyib və onun fəaliyyətinin genişləndirilməsində üzv ölkələrin dəstək olmasının əhəmiyyətini vurğulayıb.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur