Günay Əfəndiyeva IRCICA-nın yeni binasında Mərkəzin sədri Halit Eren ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva IRCICA-nın yeni binasında Mərkəzin sədri Halit Eren ilə görüşüb

13 iyun 2018 19:44
Görüşdə G.Əfəndiyeva Fondun əsas prioritet məqsədlərindən danışaraq, son illərdə türk dünyası mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədi ilə Fondun həyata keçirdiyi tədbirlər, layihələr və proqramlardan söz açıb. H.Eren, öz növbəsində, Fondun türkdilli xalqların zəngin mədəni irsinin, tarixi abidələrinin mühafizəsi istiqamətində gördüyü işlərin önəmini vurğulayaraq, bu kimi mühüm vəzifənin icra olunmasında Fonda hər zaman dəstək olmağa hazır olduğunu qeyd edib. Həmçinin, İRCİCA ilə Fond arasında keçən il imzalanan Anlaşma Memorandumu əsasında əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsi üçün yaxın gələcəkdə yeni layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Birgə həyata keçiriləcək layihələr arasında eyni zamanda, cari ildə Dağlıq Qarabağ ərazisində dağıdılan və məhv olma təhlükəsi ilə üzləşən maddi irsin qorunması mövzusunda konfransın təşkil olunması qərarlaşdırılıb. Sonda, qurumlar arasında əməkdaşlığın cari vəziyyəti və inişaf perpektivləri, o cümlədən birgə həyata keçiriləcək digər programlar barədə danışıqlar aparılıb.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur