Günay Əfəndiyeva və UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri arasında görüş baş tutub

Xəbərlər

Günay Əfəndiyeva və UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri arasında görüş baş tutub

17 aprel 2018 19:30
G.Əfəndiyeva Fondun məqsədlərindən bəhs edərək keçiriləcək layihələrin Türk dünyasının tarix, mədəniyyət və irsinin qorunmasına, dünyaya tanıdılmasına töhfə verəcəyini, eləcə də türkdilli xalqlar arasında həmrəyliyinin möhkəmləndirilməsə zəmin yaradacağını qeyd edib. O, həmçinin türkdilli xalqların tarixi-mədəni irsinin təşviq edilməsi istiqamətində Fondun gələcək layihələri barəsində məlumat verib. Ö.Oğuz G.Əfəndiyevanı Milli Komissiyanın mədəniyyət sahəsində türk dünyası ilə əlaqədar pro-gramlar ilə yaxından tanış edib və yeni layihələrin gedişatı haqqında danışıb. O, Fondun fəaliyyətinin türk dünyasının birliyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, türkdilli dövlətlər arasında sıx dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən söz açıb. Daha sonra tərəflər beynəlxalq türk dili gününün müəyyən olunması və qeyd edilməsi ilə bağlı ye-nilikləri müzakirə edərək, bu mövzu ilə əlaqədar irəli sürülən müxtəlif təklifləri dəyərləndirib və bu günün UNESCO-nun baş qərərgahına təqdim olunması üzrə aparılacaq işlər barəsində fikir mübadiləsi aparıb. Sonda tərəflər arasında mədəniyyət sahəsində bir sıra birgə layihələrin icra olunması haqqında danışıqlar aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur