TÜRKPA, Türk Şurası, TÜRKSOY, Türk Mədəniyyət və İrsi Fondu və Türk Akademiyasının Dördüncü Koordinasiya İclası keçirilib

Xəbərlər

TÜRKPA, Türk Şurası, TÜRKSOY, Türk Mədəniyyət və İrsi Fondu və Türk Akademiyasının Dördüncü Koordinasiya İclası keçirilib

08 fevral 2018 15:16
TÜRKPA, Türk Şurası, TÜRKSOY, Türk Mədəniyyət və İrsi Fondu və Türk Akademiyasının Dördüncü Koordinasiya İclası 8 fevral, 2018-ci ildə Bakıda TÜRKPA Katibliyində keçirilmişdir. İclasda Türk Şurasının Baş katibi cənab Ramil Həsənov, TÜRKSOY Baş katibi cənab Düsen Kaseinov, Türk Mədəniyyət və Miras Fondunun Prezidenti Günay xanım Əfəndiyeva və Türk Akademiyası Daimi Katibi cənab Asxat Kessikbayev iştirak etmişdir. Baş katib cənab Mamayusupov iclasın moderatoru kimi iştirakçıları TÜRKPA-nın 2017-ci il fəaliyyətləri, eləcə də 2018-ci il üçün qarşıdan gələn planlar və layihələr barədə məlumatlandırmışdır. Türk əməkdaşlıq təşkilatlarının nümayəndələri öz son fəaliyyətləri barədə məlumat təqdim etmiş və Katibliklər arasında koordinasiya işi və məlumat mübadiləsinin təkmilləşdirilməsi barədə razılığa gəlmişdir.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur