“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” beynəlxalq elmi konfrans keçirildi

Xəbərlər

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” beynəlxalq elmi konfrans keçirildi

06 may 2019 10:19
Azərbaycan Dillər Universitetində (ADU) “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Ümummilli Liderin anadan olmasının 96-cı ildönümünə həsr olunan konfrans ADU-nun və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə reallaşıb. Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar. Tədbiri giriş sözü ilə açan rektor Kamal Abdulla konfrans haqqında məlumat verib. O bildirib ki, konfransın keçirilməsinin məqsədi ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işləri təbliğ etməkdir. Rektor xatırladıb ki, Ulu Öndərin anadan olmasının 95 illiyi münasibətilə ötən il təşkil olunan eyniadlı birinci konfrans dünyanın 11 ölkəsinin 14 universitetində keçirilib. Belə ki, konfransın açılış və bağlanışı ADU-da, bölmə iclasları isə müxtəlif ölkələrin universitetlərində təşkil edilib. Konfransın əhatə dairəsinin genişliyi sayəsində yüksək nəticələr əldə olunub. Kamal Abdulla nəzərə çatdırıb ki, bu il də konfransın açılış və bağlanış mərasimi universitetdə keçirilir. Həmçinin konfrans bu il bölmə iclaslarını nüfuzlu elmi məkanlarla yanaşı, Cəbrayıl rayon 102 nömrəli tam orta məktəbində, N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində, Kəlbəcər rayon 1 nömrəli, Ağdam rayon 47 və 1 nömrəli, Xocavənd rayon Xocavənd kənd 1 nömrəli köçkün tam orta məktəblərində və Nardaran kənd 295 nömrəli məktəbdə keçirəcək. Bizim məqsədimiz bu məktəblərə ulu öndər Heydər Əliyevin ideallarını aparmaqla yanaşı, öz diqqət və qayğımızı da onlara göstərməkdir. Rektor deyib: “Azərbaycan multikulturalizmi keşməkeşli uzun illərdən keçib gəlsə də, ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində multikulturalizmin siyasi əsası qoyulub. Multikultural dəyərlər, Azərbaycanda yaşayan xalqların dillərinin, ədəbiyyatlarının inkişaf etdirilməsi, öz ana dillərində təhsilalma  hüquqları rəsmi sənədlərdə öz əksini tapıb. Əsası Ulu Öndər tərəfindən qoyulan multikultural siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. O, Azərbaycan multikulturalizminin yeni modelini yaradıb. Bu model bizim multikulturalizmimizi bütün dünyada məşhur edib. Bu gün Azərbaycan multikulturalizmi Avropanın universitetlərində tədris olunur. Həmin universitetlərdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti, Azərbaycan dəyərləri, yəni Azərbaycan həqiqətləri tədris olunur”. Çıxışının sonunda rektor konfrans iştirakçılarını açılış münasibətilə təbrik edib, konfransın işinə uğurlar arzulayıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib ki, Azərbaycanın dəyərli oğlu, ictimai xadim Heydər Əliyevə həsr olunan konfrans çox ciddi mövzunu əhatə edir. O deyib: “Heydər Əliyevlə təkcə Azərbaycan deyil, bütün türk dünyası fəxr edir. Azərbaycanın yaxın keçmişinə nəzər salsaq görərik ki, Heydər Əliyev istər SSRİ dövründə, istərsə də müstəqillik illərində Azərbaycan tarixində mühüm rol oynayıb. Təbii ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasında onun rolu əvəzedilməzdir və böyükdür. Bugünkü multikulturalizm mövzusu Azərbaycan və dünya üçün çox vacibdir. Ölkəmizdə tarixi ənənələrə əsaslanan multikulturalizm siyasəti Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Azərbaycanda müxtəlif dillərdə danışan, ayrı-ayrı dini inancları olan millətlərin nümayəndələri bir dövlətin – müstəqil Azərbaycanın vətəndaşları kimi yaşayırlar  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur