Novruz bayramı təntənə ilə Sofiyada qeyd olunub

Xəbərlər

Novruz bayramı təntənə ilə Sofiyada qeyd olunub

19 mart 2019 11:13
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi və Bakı Slavyan Universitetinin Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Sofiyada ölkəmizin qədim bayramlarından olan Novruza həsr olunmuş tədbir təşkil edilib. Tədbirdə istedadlı Azərbaycan rəssamı Cəmilə Həşımovanın “Türk Dünyasının Cənnət Bağları” adlı rəsm əsərləri sərgilənib və bolqar ifaçısı Ana Linçeva tərəfindən Azərbaycan və digər türkdilli xalqların xalq mahnıları, tanınmış bəstəkarlarının əsərləri pianoda ifa edilib. Tədbirdə ali qonaq qismində Bolqarıstan Respublikasının Vitse-prezidenti İliana Yotova və bolqar çarı Simeon Sakskoburqotski iştirak edib, Bolqarıstanın parlament nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri, müxtəlif nazirliklər, ali təhsil müəssisələri və dini qurumların nümayəndələri, ölkənin aparıcı QHT və KİV təmsilçiləri və Azərbaycan diasporunun üzvləri tədbirə qatılıb. Tədbirdə çıxış edən İliana Yotova dəvət edildiyi üçün təşəkkürünü bildirərək, yeni ilin gəlməsinin rəmzi olan Novruzun beynəlxalq səviyyədə qəbul edildiyini bildirib. Vitse-prezident tolerantlıq, dostluq, harmoniya, bərabərlik və birliyin simvolu olan bu bayramın yaratdığı adət-ənənələr və mədəni müxtəlifliyin zamana tabe olmadığını söyləyib. O, mədəni diplomatiyanın vacibliyindən bəhs edərək Azərbaycan və Bolqarıstanın oxşar mədəni dəyərlərə malik olduğunu bildirib. Çıxışın sonunda İ.Yotova sevilən Bolqar şairlərindən olan Nikolay Liliyevin “Səssiz yaz yağışı” adlı şerindən bir parça oxuyub.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur