V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi

Xəbərlər

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi

02 may 2019 10:18
Mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əiiyev Forumda geniş məzmunlu açılış nitqi ilə çıxış edərək, Forumun önəmindən, dünyada sülhə və əminamanlığa verdiyi töhfələrdən danışıb. Forumda iştirak edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel MORATİNOS, UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin, Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Dragoni, ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri kimi ali qonaqların çıxışları dinlənilib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur