“Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı onlayn rəsm müsabiqəsi başa çatıb

Xəbərlər

“Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı onlayn rəsm müsabiqəsi başa çatıb

14 iyun 2020 18:09
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı onlayn rəsm müsabiqəsi başa çatıb. Göndərilən rəsmlər 12 kateqoriya üzrə xalq səsverməsi yoluyla, eləcə də beynəlxalq münsiflər heyəti tərəfindən dəyərləndirilib. 6-9,10-13, 14-16 yaş kateqoriyalarına daxil olan uşaqların arasından 1-ci, 2-ci, 3-cü yerlərin sahibləri, “Sülh”, “Birlik” ,“Bilik”, “Dostluq” nominasiyaları və Qran Pri mükafatı üzrə qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Pandemiya (Covid-19) ilə əlaqədar gücləndirilmiş xüsusi karantin rejimi bitdikdən sonra mükafatlandırıılma ilə bağlı əlavə məlumat veriləcəkdir. Müsabiqənin qalibləri https://itchf.org/gallery/ saytında yerləşdirilib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur