Günay Əfəndiyeva “Məhtimqulu və Türk dünyası” mövzusuna həsr olunmuş video - konfransda iştirak edib

Xəbərlər

Günay Əfəndiyeva “Məhtimqulu və Türk dünyası” mövzusuna həsr olunmuş video - konfransda iştirak edib

27 iyun 2020 17:41
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva fəxri qonaq qismində “Məhtimqulu və Türk dünyası” mövzusuna həsr olunmuş video - konfransda iştirak edərək, böyük şairin həyat və yaradıcılığı haqqında bəhs etdi: “Məhtimqulu türkmənlərin yalnız ədəbiyyatında deyil, ictimai və milli şüurunda müstəsna yer tutan sənətkarıdır. Türk Dünyasının nəhəng klassiklərindən Əhməd Yasəvinin, Yunus Əmrənin fəlsəfi hissləri ilə bəhrələnən Məhtimqulu, ictimai ədəbi əxlaqı, milli təəsübkeşliyi ilə Türkmən poeziyasında yeni epoxa açmışdır”. Öz çıxışında G.Əfəndiyeva şairin yaradıcılığının tamamilə ümumtürk milli təfəkkürünə malik olduğunu, onun şeirlerinin tək bir kökdən – türk kökündən boy atmasından irəli gəlməsini qeyd etdi. Fondun prezidenti mütəfəkkirin yaradıcılığının qorunmasına diqqət çəkərək, böyük ədibin dəyərli irsinin öyrənilməsi, tətqiqi, nəşri türkdilli ölkələr arasında ədəbi - mədəni əlaqalərinin inkişafında və türk mədəniyyətinin təbliğində böyük əhəmiyyət daşıdığını qeyd etdi. O, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türk dünyasının nəhəngləri” adlı şeir antologiyasının hazırlandığı haqqında məlumat verərək, Məhtimqulunun şeirlərinin də bu kitabda yer aldığını nəzərə çatdırdı. Tədbirdə beynəlxalq və ictimai təşkilatların rəhbərləri, diplomatlar, elmi və yaradıcı ziyalıların nümayəndələri iştirak etdi.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur