Günay Əfəndiyeva Antalya Diplomasi Forumunun açılış mərasimində iştirak edib

Xəbərlər

Günay Əfəndiyeva Antalya Diplomasi Forumunun açılış mərasimində iştirak edib

18 iyun 2021 17:52
Türkiyə Prezident Administrasiyasının himayəsi ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomasi Forumu öz işinə başlayıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Antalya Diplomasi Forumunun açılış mərasimində iştirak edib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Yenilikçi Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar" mövzusunda təşkil olunan Forumun açılış mərasimində tədbirin məqsədlərindən, ölkəsinin xarici siyasətindən və dünya ictimaiyyətini narahat edən məsələlərə dair qətiyyətli mövqeyindən danışıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Forumda nitq söyləyib. Rəcəb Tayyip Ərdoğan Forumda dünya gündəliyində olan ən vacib regional və qlobal problemlərin həlli yollarının , eləcə də diplomatiya sahəsi ilə bağlı bütün məsələlərin müzakirə olunacağını qeyd edib. Forumda dünyanın bir çox ölkəsindən gələn dövlət və hökumət başçıları, nazirlər, tanınmış dövlət və siyasi xadimləri, nüfuzlu siyasətçilər, beynəlxalq təşkilat rəhbərləri, elm, fikir və iş adamları, media nümayəndələri iştirak edir.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur