Günay Əfəndiyeva ilə Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri arasında görüş keçirilib

Xəbərlər

Günay Əfəndiyeva ilə Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri arasında görüş keçirilib

24 avqust 2021 16:58
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ilə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova arasında görüş keçirilib. Görüş zamanı Fondun prezidenti Günay Əfəndiyeva Nərgiz Qurbanovanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, rəhbəri olduğu qurumun fəaliyyətindən, xarici ölkələrdə təşkil edilmiş konfrans və seminarlardan, eləcə də türkdilli xalqların zəngin irsinin, mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçirilən layihələrindən söz açıb. Günay Əfəndiyeva, həmçinin müxtəlif sivilizasiyaların bir-birinə yaxınlaşdırılmasının vacibliyindən, eləcə də Fond və digər ölkələr arasında mədəni dəyərlərin təbliği məqsədilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğundan bəhs edib. Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova Fondun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi istiqamətindəki fəaliyyətinin önəmindən bəhs edərək, yaxın gələcəkdə təşkilat ilə Polşa arasında layihələrin keçirilməsinə dair dəstək verəcəyini bildirib. Fond tərəfindən Türk Dünyasının mədəni irsi ilə bağlı keçirilən tədbirləri yaxından izlədiyini vurğulayan Nərgiz Qurbanova, Fondum Türk dünyasının birliyi yönündə çoxyönlü fəaliyyətini yüksək qiymətləndirib. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur