Günay Əfəndiyeva Rəcəb Tayyib Ərdoğana Ömər Seyfəddinin hekayələrindən ibarət ilk kitabını hədiyyə edib

Xəbərlər

Günay Əfəndiyeva Rəcəb Tayyib Ərdoğana Ömər Seyfəddinin hekayələrindən ibarət ilk kitabını hədiyyə edib

22 iyun 2021 17:40
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Fond tərəfindən Almaniyada nəşr etdirilən Türkiyənin görkəmli yazıçısı Ömər Seyfəddinin hekayələrindən ibarət ilk kitabını hədiyyə edib. Kitab türk ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Ömər Seyfəddinin 100-cü ildönümü münasibətilə yazıçının dəyərli sənət nümunələrini beynəlxalq aləmdə təbliğ etmək və zəngin bədii yaradıcılığını daha geniş auditoriyarla tanış etmək məqsədilə çap olunub. Kitab özündə alman və türk dillərində yazıçının ən məşhur 10 hekayəsini ehtiva edir. Nəşr Almaniyanın və Avropanın digər ölkələrinin dövlət kitabxanalarına, məktəblərinə də göndərilib. Kitabın “Ön söz”ünün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Hekayələri türk dilindən alman dilinə tərcümə edən türkoloq K. Hermann Kiel, redaktor Almaniyada yaşayan yazıçı Orxan Arazdır.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur