Günay Əfəndiyeva Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Baş Katibinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Baş Katibinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

04 fevral 2021 19:42
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Baş Katibi İlyas Dəmirçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Qarabağda yerləşən memarlıq nümunələrinin dağıdılması, təhqir olunması əməlləri qətiyyətlə pislənib, abidələrin bərpa edilməsi istiqamətində görülməsi planlanan işlər barədə danışılıb. Heyət Qarabağ bölgəsində yerləşən maddi-mədəni abidələrə dəyən zərəri, eləcə də bu istiqamətdə görülə biləcək işləri müzakirə etmək məqsədilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzulu konfransda iştirak etmək üçün Azərbaycana səfər edib. Daha sonra tərəflər bir-birilərinə hədiyyələr təqdim ediblər.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur