Hulusi Kılıç Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təltif olunub

Xəbərlər

Hulusi Kılıç Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təltif olunub

10 iyul 2021 17:20
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türkiyənin Azərbaycandakı sabiq səfiri, tanınmış diplımat Hulusi Kılıç təltif olunub. Fondun prezidenti Günay Əfəndiyeva təşkilatın binasında keçirilən Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimat mərasimi çərçivəsində plaketi tanınmış diplomata təqdim edib. Fondun xatirə plaketi Hulusi Kılıçın türk xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə verilib. Mərasimdə Hulusi Kılıçın fəaliyyətilə bağlı fikirlər səsləndirilib, onun türk dünyasının birliyi istiqamətində siyasi, diplomatik, mədəni sahələrdə gördüyü önəmli işlərdən bəhs olunub.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur