Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ulu öndər Heydər Əliyevlə bağlı unikal nəşr layihəsi həyata keçirir

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ulu öndər Heydər Əliyevlə bağlı unikal nəşr layihəsi həyata keçirir

11 may 2022 22:02

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyası ölkələrinin görkəmli siyasət, mədəniyyət və incəsənət adamları haqqında müxtəlif nəşrləri çapa hazırlayaraq, onların fəaliyyətlərinin tanıdılması yönündə əhəmiyyətli işlər görməkdədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin türk mədəni irsinin qorunması və araşdırılması istiqamətindəki məqsədyönlü siyasəti unudulmaz dövlət xadiminin dəyərli xidmətlərindəndir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən artıq uzun müddətdir ki, türk dünyasının böyük lideri Heydər Əliyevin çoxşaxəli irsinin təbliği məqsədilə “Heydər Əliyev və ümumtürk mədəni irsi” adlı layihənin həyata keçirilməsi ilə bağlı iş aparılır. Kitabın ideya və “Ön söz” müəllifi Fondun prezidenti Günay Əfəndiyevadır. Nəşrin məsləhətçisi Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, eyni zamanda Ulu Öndər haqqında geniş təqdimat yazısını hazırlayıb.

Son tamamlanma işləri görülən kitabda H.Əliyevin türk ölkələrinin tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, ziyalı nümayəndələrinin onunla bağlı xatirələrini əks etdirən fotoşəkillər yer alır.

Qeyd edilməlidir ki, kitabdakı şəkillər, məlumatlar, materiallar türk dövlətlərinin arxivlərindən, mədəniyyət ocaqlarından əldə olunaraq bu fundamental nəşr layihəsinə daxil edilib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur