Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Serjan Abdıkarimov ilə görüşüb

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Serjan Abdıkarimov ilə görüşüb

21 iyun 2022 22:22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.

Görüşdə Günay Əfəndiyeva rəhbəri olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv ölkəsi Qazaxıstan arasındakı intensiv tərəfdaşlıq münasibətlərinin mövcudluğundan söz açıb. Günay Əfəndiyeva Fond ilə Qazaxıstanın birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək mədəni tədbirlərin əhəmiyyətini vurğulayıb.

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Fondun Türk xalqlarının maddi-mədəni irsinin təbliği istiqamətindəki çoxyönlü fəaliyyətinin bütün Türk dünyası üçün önəm daşıdığını bildirib. Səfir Fond tərəfindən həyata keçiriləcək layihələr çərçivəsində Qazaxıstanla əlaqələrin daha da genişlənəcəyinə inandığını deyib.

Görüş gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur