Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfra...
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib
15 iyun tarixi Azərbaycanın siyasi təqviminə Milli Qurtuluş Günü kimi daxil edilib. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıdaraq ölkəni parçalanmaq təhlükəsindən xilas etmiş və dövlət quruculuğunun sarsılmaz təməlini qoymuşdur.
28 il sonra Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsinin ardından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən məhz 2021-ci ilin 15 iyun tarixində “Şuşa Bəyannaməsi” imzalanmışdır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.