Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Beynəlxalq Xeyriyyə Yarmarkasında iştirak edib

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Beynəlxalq Xeyriyyə Yarmarkasında iştirak edib

24 oktyabr 2022 12:12

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 3 illiyi və BMT günü münasibəti ilə təşkil olunan Beynəlxalq Xeyriyyə Yarmarkasında iştirak edib. Yarmarkada 41 diplomatik nümayəndəliklə yanaşı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da öz stendi ilə təmsil olunub. Stenddə təşkilatın hazırladığı gədim Türk tarixini, mədəniyyətini və irsini təbliğ edən müxtəlif nəşrlər və suvenirlər nümayiş etdirilib.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tədbirin rəsmi açılışı çərçivəsində Fondun stendi ilə tanış olaraq, prezident Günay Əfəndiyeva ilə təşkilatın yeni layihələri, eləcə də gələcək planları ilə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda, Günay Əfəndiyeva nazirə Fondun yeni formalaşdırılmış beynəlxalq heyətini təqdim edib.

Beynəlxalq Xeyriyyə Yarmarkasında toplanmış məbləğ UNİCEF-in xüsusi ehtiyacı olan uşaqların hesabına keçiriləcəkdir.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur