Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti “Diplomatik münasibətlərin otuzuncu il mərasimi” adlı tədbirdə iştirak edib

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti “Diplomatik münasibətlərin otuzuncu il mərasimi” adlı tədbirdə iştirak edib

07 iyun 2022 22:22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə Ankara şəhərində Türkiyənin qardaş və dost ölkələrlə diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə həsr olunan rəsmi qəbulda iştirak edib.

“Diplomatik münasibətlərin otuzuncu il mərasimi” adı ilə təşkil olunan tədbir Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında keçirilib.

Tədbirin açılışında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış ediblər.

Mərasimdə Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, səfirlər və diplomatik korpusun nümayəndələri, digər rəsmilər iştirak ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur