Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Mərkəzi Asiya Media Forumunda iştirak edir
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Mərkəzi Asiya Media Forumunda iştirak edir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Astanada 20-21 dekabr tarixlərində keçirilən Mərkəzi Asiya Media Forumunun işində iştirak edir.
Forumun açılışında Qazaxıstan Respublikasının mətbuat və sosial inkişaf naziri Darxan Kıdırali, Qazaxıstan Respublikasının dövlət müşaviri Yerlan Karin, Qırğız Respublikasının dövlət katibi Suyinbek Kasmambetov, Türkiyə Respublikasının 11-ci prezidenti Abdullah Gül, Monqolustanın 3-cü prezidenti Nambarın Enkbayar çıxış ediblər.
İki gün ərzində regional identikliyin ölçülməsi, yeni medianın inkişafı, süni intellekt texnologiyaları, Mərkəzi Asiyada yaradıcı sənayelərin gələcəyi, eləcə də informasiya təminatı üçün regional və qlobal əməkdaşlıq imkanları kimi məsələlər müzakirə edilir.