Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Vyanada Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert gecəsində iştirak edib

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Vyanada Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert gecəsində iştirak edib

13 avqust 2022 22:22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Vyanaya səfəri çərçivəsində Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert gecəsində iştirak edib. “Konzerthaus” mədəniyyət evinin “Motsart zalı”nda keçirilən konsert Vyana Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Konsertdə Azərbaycanın Əməkdar artisti, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Vyana Akademik Kamera Orkestri Fikrət Əmirovun əsərlərindən ibarət proqramla çıxış edib. Azərbaycanın Xalq artisti Yeganə Axundovanın, gənc ifaçı Mərziyyə Hüseynovanın çıxışları izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur