Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətlə Türkiyənin Ankara şəhərində təntənəli konsert proqramı təşkil olunub

Xəbərlər

Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətlə Türkiyənin Ankara şəhərində təntənəli konsert proqramı təşkil olunub

08 iyun 2022 22:02

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətlə Türkiyənin Ankara şəhərində təntənəli konsert proqramı təşkil olunub. Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, TÜRKSOY-un keçmiş Baş katibi Düsen Kaseinov, səfirlər və diplomatik korpusunun nümayəndələri, ədibin ailə üzvləri iştirak ediblər.

Konsertdə Azərbaycanın klassik və müasir bəstəkarlarının əsərləri səsləndirilib. Beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluğu ilə Türkiyə Cumhurbaşkanlığının Simfonik Orkestri və TRT Ankara radiosunun xorunun müşayiətilə Azərbaycanın Xalq artisti Azər Zeynalov, solistlər Nigar Cəlilova, Orxan Cəlilov və Xəyyam Məmmədov Əhməd Cavadın sözlərinə bəstələnmiş əsərləri ifa ediblər.

Tədbirin sonunda Türk beynəlxalq təşkilatların rəhbər və nümayəndələri tərəfindən iştirakçılara plaketlər təqdim edilib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur