Günay Əfəndiyeva Beynəlxalq Türk Akademiyasını ziyarət edib

Xəbərlər

Günay Əfəndiyeva Beynəlxalq Türk Akademiyasını ziyarət edib

28 yanvar 2022 12:23

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana rəsmi səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasını ziyarət edib və təşkilatın yeni təyin olunmuş prezidenti Şahin Mustafayevlə görüşüb.

Görüşdə türk xalqlarının qədim tarixə söykənən dostluq və qardaşlıq bağlarından, müasir dövrdə qarşılıqlı münasibətlərindən bəhs olunub. Türk dövlətlərinin hərtərəfli əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər Türk Dünyasında inteqrasiya proseslərinin gücləndirilməsi yönündə Türk Əməkdaşlıq Təşkilatlarının roluna və fəaliyyətlərinə diqqəti çəkərək, rəhbərlik etdikləri təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində birgə atılacaq addımları dəyərləndiriblər.

Görüş Fond və Akademiya arasında əməkdaşlığın genişləndirilməsinin gələcək perspektivləri ətrafında fikir mübadilələri ilə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur