Günay Əfəndiyeva Bursa Bələdiyyə Başkanı Alinur Aktaş ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Bursa Bələdiyyə Başkanı Alinur Aktaş ilə görüşüb

10 dekabr 2022 02:02

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunan “Şuşa Günləri” çərçivəsində Fondun prezidenti Günay Əfəndiyeva, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Nərminə Mustafayevə Bursa Bələdiyyə Başkanı Alinur Aktaş ilə görüşüblər.

Görüşdə 2022-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı olaraq Bursada il ərzində təşkil olunan tədbirlər və həyata keçirilən layihələr ətrafında müzakirələr aparılıb, Bursa Böyükşəhər Bələdiyyəsinin bu istiqamətdə fəaliyyəti yüksək dəyərləndirilib, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bursada “Şuşa Günləri” proqramın təşkil edilməsi təşəbbüsü alqışlanaraq, iki gün davam edəcək tədbirlərin həyata keçirilməsində Fonda uğurlar arzulanıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur