Günay Əfəndiyeva Fuad İsgəndərov ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Fuad İsgəndərov ilə görüşüb

16 dekabr 2022 12:23

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı və Lixtenşteyn Knyazlığında Fövqəladə və səlahiyyətli səfiri. Fuad İsgəndərov ilə görüşüb.

Görüşdə Fondun prezidenti təşkilat ilə İsveçrə arasında əməkdaşlığın genişləndirilməsindən danışaraq, Azərbaycanın və bütövlükdə Türk Dünyasının çoxəsrlik zəngin irsinin beynəlxalq miqyasda, o cümlədən Avropada geniş təbliğinin önəmindən söz açılıb. Günay Əfəndiyeva, Avropada yaşayan azsaylı Türk köklü xalqların irsinin qorunması istiqamətində Fondun gördüyü işlərdən bəhs edib.

Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti səfir tərəfindən yüksək qiymətləndirilərək, Türk xalqlarının qədim dəyərlərinin yaşadılmasında təşkilat tərəfindən həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi ilə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur