Günay Əfəndiyeva Türkiyə Respublikasının yaranmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak edib.

Xəbərlər

Günay Əfəndiyeva Türkiyə Respublikasının yaranmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak edib.

29 oktyabr 2022 11:11

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Respublikasının yaranmasının 99-cu ildönümü münasibətilə Bakıda Heydər Əliyev Mərkəzində təşkil olunmuş rəsmi qəbulda iştirak edib.

Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cahit Bağçı, dövlət və hökumət üzvləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəniyyət və incəsənət xadimləri qəbulda iştirak ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur