Özbəkistanda “Yeddi Gözəl” klassik musiqi qrupunun ilk konsert proqramı təşkil olunub

Xəbərlər

Özbəkistanda “Yeddi Gözəl” klassik musiqi qrupunun ilk konsert proqramı təşkil olunub

15 noyabr 2022 12:22

Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Toplantısı çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə yaradılan “Yeddi Gözəl” klassik musiqi qrupunun ilk konsert proqramı təşkil olunub.

Konsertdə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstanın Baş nazirinin xanımı Aniko Levai iştirak ediblər.

Konsert zamanı birinci xanımlara “Yeddi Gözəl” musiqi qrupu haqqında məlumat verilib və kataloq təqdim edilib. Musiqiçilər tərəfindən ifa edilən kompozisiyalar böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd edilməlidir ki, Fondun himayəsi ilə yaradılan “Yeddi Gözəl” musiqi qrupu (septet) Azərbaycanı, Qazaxıstanı, Qırğızıstanı, Türkiyəni, Özbəkistanı, Türkmənistanı və Macarıstanı təmsil edən istedadlı xanım musiqiçilərdən ibarətdir. Qrupun repertuarı Türk xalqlarının mahnılarından, eləcə də görkəmli Türk və dünya bəstəkarlarının əsərlərindən tərtib olunub.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur