Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Qazaxıstan Respublikasının Prezident Mərkəzi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Qazaxıstan Respublikasının Prezident Mərkəzi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb

11 oktyabr 2023 10:22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Qazaxıstan Respublikasının Prezident Mərkəzi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Qazaxıstan Respublikasının Prezident Mərkəzinin direktorunun müavini Botagoz Kaipova imzalayiblar.

Memorandum Fond və Mərkəz arasında qədim Türk mədəni irsininin və dəyərlərinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə təhsil, mədəniyyət və tədqiqat layihələrin həyata keçirilməsi, birgə beynəlxalq tədbirlərin təşkil edilməsi, qarşılıqlı mübadilənin təmin edilməsi kimi maddələri özündə ehtiva edir.

Memorandum gələcəkdə Fond və Mərkəz arasında Türk dünyasının zəngin mədəni irsinin qorunması və tanıdılması sahəsində birgə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur