Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikasının Xarici İşlər Nazirinin müavini Aybek Moldoqaziyev ilə görüşüb

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikasının Xarici İşlər Nazirinin müavini Aybek Moldoqaziyev ilə görüşüb

30 sentyabr 2023 03:33

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının Xarici İşlər Nazirinin müavini Aybek Moldoqaziyev ilə görüşüb.

Görüşdə Qırğız Respublikasının Xarici İşlər Nazirinin müavini Aybek Moldoqaziyev Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk Dünyasının zəngin mədəni irsinin, o cümlədən qırğız xalqının maddi-mənəvi dəyərlərinin qorunması və təbliği yönündəki fəaliyyətlərini yüksək qiymətləndirib. Aybek Moldoqaziyev Manas irsinin tədqiqində və öyrənilməsində təşkilatın təşəbbüslərini, layihələrini diqqətəlayiq hesab etdiyini bildirib.

Tərəflər Fondun Qırğızıstanla bağlı planlaşdırılan layihələrində, qırğız xalqının milli mədəniyyətinin Türk Dünyasında və onun hüdudlarından kənarda tanıdılması istiqamətində qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə dair müzakirələr aparıblar.

Görüş Fond ilə Qırğızıstan arasında münasibətlərin, birgə fəaliyyətlərin gələcək perspektivlərinin dəyərləndirilməsinə dair fikir mübadilələri ilə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur