Günay Əfəndiyeva İstanbulda Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya Komitəsinin iclasında iştirak edib

Xəbərlər

Günay Əfəndiyeva İstanbulda Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya Komitəsinin iclasında iştirak edib

22 yanvar 2023 23:23

20 yanvar 2023-cü il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İstanbulda Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya Komitəsinin iclasında iştirak etmişdir.

Türk Dövlətləri Təşkilatlarının Baş katibi Kubanıçbek Omurəliyevin ev sahibliyi etdiyi toplantıda TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, TÜRKSOY-un Baş katibi Sultan Raev və Türk Akademiyasının prezidenti Şahin Mustafayev iştirak ediblər.

İclasın açılışında Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclasda nümayəndə heyətləri təmsil etdikləri təşkilatlarının 2022-ci ildə fəaliyyətləri haqqında hesabatlar təqdim edib, 2023-cü il üçün planlarla bölüşüb, həmçinin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən 9-cu Zirvə Toplantısının qərarlarının icrasını müzakirə ediblər.

İclasın yekunu olaraq Türk Əməkdaşlıq Təşkilatlarının 2023-cü il üzrə birgə Fəaliyyət Planı qəbul edilib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur