Günay Əfəndiyeva Macarıstana səfəri çərcivəsində rəsmi açılış mərasimində iştirak edib

Xəbərlər

Günay Əfəndiyeva Macarıstana səfəri çərcivəsində rəsmi açılış mərasimində iştirak edib

28 yanvar 2023 23:05
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Veszprem şəhərinin 2023-cü il Avropanın Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar Macarıstana səfəri çərcivəsində rəsmi açılış mərasimində iştirak edib. Tədbirdə Macarıstanın Prezidenti Katalin Novak, Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç, Macarıstanın regional inkişaf naziri Tibor Navracsics, Veszprem bələdiyyəsinin sədri Gyula Porga, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovari, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Macarıstanda akreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər qatılıb. Tədbir çərçivəsində Fondun prezidenti Günay Əfəndiyeva Macarıstanın Prezidenti Katalin Novak, Macarıstanın mədəniyyət və innovasiyalar naziri Janos Csak və Veszprem bələdiyyəsinin sədri Gyula Porga ilə görüşüb. Görüşlərdə Macarıstan ilə Türk ölkələri arasında tarixi dostluq bağlarından bəhs olunub. Müasir dövrdə mövcud münasibətlərin uğurlu inkişafı mövzusuna toxunulub. Gələcək əməkdaşlığın perspektivləri haqqında söhbət aparılıb.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur