Günay Əfəndiyeva  Şövqi Mehdizadə ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva  Şövqi Mehdizadə ilə görüşüb

11 avqust 2023 01:12

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə ilə görüşüb.

Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının zəngin dəyərlərinin öyrənilməsi, qorunması, dünya səviyyəsində tanıdılması istiqamətində fəaliyyətlərindən söz açılıb. Çoxəsrlik ümumtürk mədəniyyətinin daha geniş auditoriyalara çatdırılması məqsədilə təşkilat tərəfindən müxtəlif qitələrdə həyata keçirilmiş tədbirlərdən bəhs olunub. Fondun mədəniyyətlərarası dialoqun təşviqi yönündə xarici ölkələrlə əməkdaşlığı vurğulanıb. Fərqli mədəniyyətlərin, xalqların biraraya gətirilməsində təşkilat tərəfindən aparılan işlər yüksək qiymətləndirilib.

Görüş əməkdaşlıq əlaqələrinin gələcək perspektivlərinin dəyərləndirilməsinə dair müzakirələrlə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur