Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib

Xəbərlər

Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib

09 fevral 2023 22:42
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib. Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı ilə görüşərək Türkiyənin cənub-şərqində meydana gəlmiş, minlərlə insanların ölümünə səbəb olmuş şiddətli zəlzələlərlə əlaqədar başsağlığı verib. Fondun prezidenti səfirliyin matəm kitabına ürək sözlərini yazıb.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur