Astanada Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevin iştirakı ilə V Ümumdünya Köçəri Oyunlarının açılış mərasimi keçirilib

Xəbərlər

Astanada Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevin iştirakı ilə V Ümumdünya Köçəri Oyunlarının açılış mərasimi keçirilib

07 sentyabr 2024 21:21

V Dünya Köçəri Oyunlarının açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova da iştirak edib.
Astana Arena stadionunda keçirilən tədbirin fəxri qonaqları qismində Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyev, Türkmənistan Xalq Məsləhətinin sədri Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədov, Saxa Respublikasının Prezidenti Aysen Nikolaev, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk İnvestisiya Fondu, Türk Dövlətləri Parlament Assambleyası, YUNESKO, CICA, BMT-nin Ümumdünya Turizm Təşkilatı,  İslam Həmrəyliyi İdman Federasiyası, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı kimi beynəlxalq strukturların rəhbərləri, eləcə də Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və digər rəsmilər iştirak ediblər.
 

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur